Ay

Ay ☾
Şərəfinə adlandırılıb
İşıq
Orbital xarakteristikası
Afelisi405400 km
(404000–406700 km)
Perigelisi362600 km
(356400–370400 km)
Periapsidi363.300 km
Apoapsidi405.500 km
Böyük yarımoxu
384399 km
(0.00257 AV)[1]
Orbitinin ekssentrisiteti0.0549
Siderik fırlanma dövrü
27.321661 gün
(27 gün 7 saat 43.19 dəqiqə 11.5 saniyə)[1]
Sinodik fırlanma dövrü
29.530589 gün
(29 gün 12 saat 44 dəqiqə 2.9 saniyə)
Orbital sürəti
1.022 km/san
Əyilməsi5.145° (ekliptikə)[2]
Nəyin peykidirYer[3]
Özünə xas ekssentrisitet
0,0567 ± 0,0001
Fiziki xarakteristikaları
Ölçüləri3.474,13 km (0,273 Yer)
Orta radiusu
1737.1 km (0.273 Yer)[1][4][5]
Ekvator radiusu
1738.1 km (0.273 Yer)[4]
Qütb radiusu
1736.0 km (0.273 Yer)[4]
Qütb sıxılması0.0012[4]
Böyük dairəsinin çevrəsi10921 km (ekvator)
Səthinin sahəsi
3.793×107 km2 (0.074 Yer)
Həcmi2.1958×1010 km3 (0.020 Yer)[4]
Kütləsi7.342×1022 kq (0.012300 Yer)[1][4]
Orta sıxlığı
3.344 g/sm3 (0.606 Yer)[1][4]
1,622 m/s2 (0,1654 g)[4]
İkinci kosmik sürəti
2,38 km/san
Oxunun maililiyi
6.687°[2]
Albedo0.136[6]
Temperaturmin. 95 K, maks. 390 K[7]
−12,74[7]
10−7 Pa (1 pikobar) (gündüz)[8]
10−10 Pa (1 femtobar) (gecə)[8]

AyYerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.

Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır.

Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay

Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətindəmifologiyasında mühüm yer tutmuşdur.

Ayın cazibə qüvvəsinin təsirindən Yerdə qabarma və çəkilmə hadisəsi baş verir və günün uzunluğu cüzi də olsa artır. Ay ölçülərinə görə Günəşdən çox kiçik olsa da, Yerlə müqayisədə hər iki cismin uzaqlıq fərqi səbəbindən Günəş tutulması adlanan Ay diskinin Günəş diskini tam örtməsi hadisəsi baş verir. Ay tədricən Yerdən uzaqlaşdığı üçün uzaq gələcəkdə Yerdən görünən ölçüsü kiçiləcək və tam Günəş tutulması baş verməyəcəkdir.

Ayı öyrənmək üçün kosmosa buraxılan ilk kosmik gəmi, SSRİ-nin Luna proqramı çərçivəsində 1959-cu ildə Aya göndərilən Luna 1 kosmik gəmisidir. ABŞ tərəfindən Ayı öyrənmək üçün Apollon proqramı çərçivəsində 1968-ci ildə Apollon 8 kosmik gəmisi Aya göndərilmişdir. 1969–1972-ci illərdə Apollon proqramı çərçivəsində daha altı kosmik gəmi Aya göndərilmişdir. Aya uğurlu eniş həyata keçirən ilk insanlı kosmik gəmi Apollon 11 olmuşdur. Bu missiyalar nəticəsində Yerə Ay süxurlarından 380 kq nümunə gətirilmişdir. Bu nümunələr nəticəsində Ayın mənşəyi, daxili strukturunun quruluşu və geoloji inkişafı haqqında mühüm məlumatlar əldə olunmuşdur. 1972-ci ildə göndərilən Apollon 17 kosmik gəmisindən sonra Aya yalnız insansız kosmik gəmilər göndərilmişdir….

  1. 1 2 3 4 5 Wieczorek, M.; et al. (2006). "The constitution and structure of the lunar interior". Reviews in Mineralogy and Geochemistry. 60 (1): 221–364. doi:10.2138/rmg.2006.60.3.
  2. 1 2 Lang, Kenneth R. (2011), The Cambridge Guide to the Solar System Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine, 2nd ed., Cambridge University Press.
  3. Morais, M.H.M.; Morbidelli, A. (2002). "The Population of Near-Earth Asteroids in Coorbital Motion with the Earth". Icarus. 160 (1): 1–9. Bibcode:2002Icar..160....1M. doi:10.1006/icar.2002.6937.
  4. 1 2 3 4 5 6 7 8 Williams, Dr. David R. (2 February 2006). "Moon Fact Sheet" Arxivləşdirilib 2020-06-13 at the Wayback Machine. NASA (National Space Science Data Center)
  5. Smith, David E.; Zuber, Maria T.; Neumann, Gregory A.; Lemoine, Frank G. (1 January 1997). "Topography of the Moon from the Clementine lidar". Journal of Geophysical Research. 102 (E1): 1601. Bibcode:1997JGR...102.1591S. doi:10.1029/96JE02940.
  6. Matthews, Grant (2008). "Celestial body irradiance determination from an underfilled satellite radiometer: application to albedo and thermal emission measurements of the Moon using CERES". Applied Optics. 47 (27): 4981–93. Bibcode:2008ApOpt..47.4981M. doi:10.1364/AO.47.004981. PMID 18806861.
  7. 1 2 NASA FACTS (ing.). NASA.
  8. 1 2 Lucey, P.; Korotev, Randy L.; et al. (2006). "Understanding the lunar surface and space-Moon interactions". Reviews in Mineralogy and Geochemistry. 60 (1): 83–219. doi:10.2138/rmg.2006.60.2.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search