Torf

Orqanik torpaq

Torf (ing. Peat) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Alışan faydalı qazıntı kimi istifadə oluna bilər. Torf, həddindən artıq rütubətlilik və hava girişinin çətinləşməsi şəraitində, bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi prosesində meydana gəlir. Burada onlar torpaqda olduğu kimi tamamilə yox, yalnız qismən parçalanırlar, onların qalıqları ildən-ilə yığılır. Həddindən artıq rütubətin intensivliyi və torf əmələ gətirən prosesin inkişafı iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şəraitdən asılıdır.

Qışda uzun müddət ərzində mənfi temperatur olması səbəbindən parçalanma sürətinin azaldığı mülayim, şimal və subarktik bölgələrdə torf yosunlardan, bitkilərdən, çalılardan və kiçik ağaclardan formalaşır. Rütubətli tropik ərazilərdə torf daim yüksək temperaturda tropik ağaclardan (yarpaqları, budaqları, gövdələri və kökləri) meydana gəlir. Xarici görünüşünə görə torf təbii vəziyyətdə tərkibinə və rənginə görə nisbətən həmcins olan müxtəlif çalarlarda qara və ya tünd qəhvəyi rəngə malikdir. Aşağı dərəcədə çürümə dərəcəsinda yaxşı saxlanılan bitki toxumaları ilə açıq sarı rəngli lifli bir kütləyə bənzəyir. Yüksək dərəcədə çürümə zamanı torf tünd qəhvəyi və qara rəngli, laylı və ya torpaq kütləsinə oxşayır.[1]

Torfun çox geniş tətbiq sahələri var. Elektrik enerjisi istehsalı üçün yanacaq kimi, elektrik stansiyalarında istilik və ya birbaşa sənaye, yaşayış sahələri və kənd təsərrüfatı üçün istilik mənbəyi kimi, bağçılıq və kənd təsərrüfatında gübrə kimi və aktivləşdirilmiş kömür, qatranlar və mumlar, dərman preparatlarının istifadə oluna bilər. Yanacaq kimi torf kimyəvi və geoloji olaraq ən gənc fosil bərk yanacaq hesab olunur. Yüksək rütubətə Wр = 40...50 % və aşağı yanma istiliyinə Qрн = 8,38...10,47 MCoul/kq malikdir. Tərkibində karbon 58% təşkil edir.[2]

  1. Гамаюнов, С.Н. Torf və aqrobiznes. səh. 120. İstifadə tarixi: 23 iyul 2021.[ölü keçid]
  2. Yanma nəzəriyyəsi və yanma cihazları. Red. D. M. Xzmalyan. Dərs kitabı. Ali məktəb tələbələri üçün dərslik. N., "Enerji", 1076. 488 səh.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search