SpaceX

SpaceX
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye aviakosmos sənayesi[d]
Təsis tarixi 14 mart 2002[1]
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 12.000 nəf. (aprel 2022)
Rəhbərlik
Təsisçi
Baş icraçı direktor İlon Mask
spacex.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SpaceX (ing. Space Exploration Technologies Corporation; azərb. Kosmik Kəşf Texnologiyalar Şirkəti‎) — mərkəzi ABŞ-nin Kaliforniya ştatındakı Hotorn şəhərində yerləşən amerikan kosmik nəqliyyat şirkəti. SpaceX Falcon 9, Falcon Heavy, Starlink, Dragon, Starship kimi kosmos missiyalı raketlər istehsal etmişdir.

Şirkət 2002-ci ildə daha əvvəl PayPal-ın da yaradıcılarından olan, Tesla Motors şirkətinin CEO-su Elon Musk tərəfindən Marsın koloniyalaşdırılmasını təmin etmək üzrə kosmik nəqliyyatın xərcini azaltma hədəfi ilə quruldu. İndiyə kimi Falcon 1, Falcon 9 və Falcon Heavy adlı ən başdan təkrar istifadə edə bilmək üçün dizayn edilmiş olan kosmosa uçuş qurğu/raket sistemlərini və Falcon 9 tərəfindən orbitə çıxardılmış olan Beynəlxalq Kosmik Stansiyaya ləvazimat/ərzaq təmin etmək üzrə Dragon (insansız) kosmik gəmisini yaratdı. Dragon kosmik gəmisini insanlı halı yaradılma mərhələsindədir.

SpaceX-in uğurları arasında bunlar vardır:

  • 28 sentyabr 2008 tarixində özəl sektor tərəfindən maliyyələşdirilən və orbitinə çatan ilk maye yanacaqlı raket (Falcon 1);
  • 9 dekabr 2010 tarixində bir kosmik gəmini kosmosa göndərən, orbitə oturdan və bu kosmik gəmini (Dragon) uğurlu bir formada dünyaya geri gətirən ilk şəxsi sektor şirkəti;
  • 25 may 2012 tarixində Beynəlxalq Kosmik Stansiyasına bir kosmik gəmi (Dragon) yollayan ilk şəxsi sektor şirkəti;
  • 30 may 2020 tarixindən Beynəlxalq Kosmik Stansiyasına Crew Dragon-u göndərərək insanlı bir missiya tamamlayan ilk şəxsi sektor şirkəti;
  • 24 yanvar 2021 tarixində yalnız bir raket uçuşu ilə daşınan ən çox peyk (143 peyk).

SES-8 peykinin 3 dekabr 2013-cü ildə uçuşu SpaceX-in geosinxron orbitə ilk təslimatı olmuşdur.

Keyfiyyəti və xərci yoxlanış altında tutmaq məqsədi ilə SpaceX kosmik gəmi və raketlərdə istifadə etdiyi komponentin böyük hissəsi dizaynını, sınaqlarını və istehsalını şirkət daxilində həyata keçirdir; bu komponentlər arasında Falcon uçuş sistemi və Dragon kosmik gəmisində istifadə edilən Merlin, KestrelDraco raket mühərrikləri vardır. Bu SpaceX-in sektordakı ən ucuz uçuş qiymətini verə bilməsinə və ənənəvi raket inkişafı/istehsalı zamanını böyük nisbətdə azalda bilməsinə imkan yaratmışdır.

2013 noyabr ayında ticari uçuşlarda bazar lideri olan fransız şirkəti Arianespace SpaceX-in yaratdığı rəqabət səbəbi ilə Ariane 5 raketiyle geostasionar orbitə daşıdığı "daha yüngül peyklər" üçün ucuz qiymətləndirməyə gedəcəyini açıqlamışdı.

2006-cı ildə NASA şirkət ile Beynəlxalq kosmik stansiyaya yük tədarük edə biləcək bir uçuş/nəqliyyat sistemini dizayn edib həyata keçirə bilməsi üçün 'Ticari Orbiti Nəqliyyat' müqaviləsini imzaladı. SpaceX 2015 iyun etibarı ilə Beynəlxalq kosmik stansiyaya yük tədarük müqaviləsi altında 5 uçuş həyata keçirmişdir. NASA SpaceX ilə həmçinin NASA-nın 'Ticari Ekipaj İnkişaf Etdirmə ' (CCDev) proqramının parçası olaraq insanlı istifadəyə uyğun Dragon kosmik gəmisinin inkişafı və uğurlu bir formada istifadəsinin göstərilməsi üçün müqavilə imzalamışdır. SpaceX ilk ekipajı Dragon/Falcon 9 uçuşunu 2016-cı ildə etdi. Şirkət o zamana qədər kosmik gəmisinə, bütün ehtiyacları qarşıladığı təsdiqlənmiş, insan istifadəsi üçün uçuş vaxtı qaçış sistemini daxil etməyə çalışmışdır. NASA müqavilələri ilə birlikdə SpaceX şəxsi sektor şirkətləri ABŞ xaricində hökumət qurumları və amerikan ordusu ilə özünün uçuş xidmətləri üçün müqavilə imzalamışdır. 2015 fevral etibarıyla SpaceX 15 ədəd Falcon 9 raketini, 14 uğurlu və bir qismi uğursuzluqla uçmuş və müştəriləri üçün ən az 30 uçuş planı planlamış vəziyyətdədir.

  1. https://www.spacex.com/about.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search