InSight

"InSight"

"InSight" (ing. Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport) — NASA tərəfindən Marsa göndərilən kosmik robotu[1].

"InSight" kosmik zondu Marsın daxili quruluşunu tədqiq etmək üçün nəzərdə tutulub[1].

5 may 2018-ci ildə missiyasına başlayan "InSight" 26 noyabr 2018-ci ildə Mars səthinə eniş edən zaman NASA-ya siqnal göndərib[1]. "InSight" Marsda Eliziy vulkanik təpəsinin cənubundakı düzənliyə enib[1].

"InSight" 728 gün müddətində Marsda tədqiqatlar aparacaq[1]. Robotda quraşdırılmış texnika 2 aylıq hazırlıq işlərindən sonra 3-5 metr dərinlikdə qazma işləri aparacaq[1]. Tədqiqatların sonunda Marsın 4,6 milyard illik tarixi ilə bağlı məlumatların əldə edilməsi gözlənilir[1].

  1. 1 2 3 4 5 6 7 Tarixi hadisə: NASA-nın "InSight" zondu Marsa eniş etdi (VİDEO) Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine. qaynarinfo.az, 27.11.2018  (az.)

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search