Qlazqo Universiteti

Qlazqo Universtiteti
ing. University of Glasgow
Loqonun şəkli
Xəritə
55°52′19″ şm. e. 4°17′15″ q. u.
Şüar lat. Via, Veritas, Vita
azərb. Yol, həqiqət, həyat
Əsası qoyulub 1451
Tip Dövlət universiteti
Rektor Ledi Rita Ra[1]
Tələbə sayı 30.805[2]
Bakalavr sayı 21,060[2]
Magistrant sayı 9,000[2]
Aspirant sayı 745[2]
Şəhər Glasgow Coat of Arms Qlazqo
Ölkə
Ünvan Universitet prospekti, G12 8QQ
Rənglər          
Metro Glasgow Subway Hilhed
Sayt gla.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qlazqo Universiteti (ing. University of Glasgow) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.[4]

Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[4] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[5] Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır.[6] Hazırda, 9 institut[7] və 4 kollec[8] başda olmaqla, ümumən 3 kampusda[9] yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır.[2] Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan[10] Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.[11]

Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş,[12][13] 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir.[14] The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir.[15] Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə,[16] QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır.[17] Bundan əlavə, Böyük Britaniya üzrə milli ali təhsil müəssisələri reytinqində ilk onluqda yerləşir.[18][19]

Qlazqo Universiteti Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərinin təmərküzləşdiyi Rassell qrupunun,[20] o cümlədən qabaqcıl universitetlərin beynəlxalq elmi-tədqiqat assosiasiyası olan Universitas 21-in qurucu üzvüdür.[21] Universitet nəzdnindəki tədqiqat prosesi "Tədqiqat Mükəmməlliyi Çərçivəsi"nin müəyyənləşdirdiyi xüsusi standartlara əsasən təşkil olunur[22] və aparılan tədqiqatların 81%-i "Dünya miqyaslı" kateqoriyasında səciyyələndirilir.[23][24] Qlazqo Universiteti tələbə qəbulu prosesində kifayət qədər tələbkar bir ali təhsil müəssisəsi kimi xarakterizə olunur və qəbul şərtlərinin çətinliyinə görə Birləşmiş Krallıqda 4-cü sırada yerləşir.[25]

Müxətlif sahələrdə görkəmli şəxsiyyətlər yetirən universitet, 6 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat yetişdirmişdir. Məzunları sırasında Amerika Birləşmiş Ştatlarının qurucularından olan Ceyms Vilson,[26] kapitalizmin banisi Adam Smit,[27] Kelvin temperatur şkalasının yaradıcısı Lord Kelvin, müasir antropologiyanın banilərindən biri olan Ceyms Corc Freyzer,[28] Sənaye inqilabına böyük töhfələr vermiş Ceyms Vatt,[29] Aberdin Univeristetinin qurucusu Vilyam Elfinston,[30] Stratklayd Universitetinin qurucusu filosof Con Anderson,[31] MakQill Universitetinin qurucusu Ceyms MakQill,[32] maqnezium elementini kəşf etmiş və karbon qazı anlayışını elmə gətirmiş kimyagər Cozef Blek,[33] dünyanın ilk ali təhsilli afroamerikalı həkimi Ceyms Makkyun[34] və dünyanın ilk qaradərili futbolçusu Endryu Vatson[35] da vardır. Bundan əlavə, Qlazqo Universitetinin 8 məzunu Nobel mükafatı laureatıdır.[36]

  1. "LADY RITA RAE APPOINTED RECTOR". gla.ac.uk (ingilis). University of Glasgow. 29 aprel 2021. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2021.
  2. 1 2 3 4 5 "Facts and Figures". gla.ac.uk (ingilis). University of Glasgow. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.
  3. 1 2 Directory of Open Access Journals. 2003.
  4. 1 2 "University of Glasgow". www.britannica.com (ingilis). Britannika Ensiklopediyası. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2021.
  5. Riché, Pierre. Education and Culture in the Barbarian West: From the Sixth through the Eighth Century. Columbia: University of South Carolina Press. 1978. 126–127, 282–298. ISBN 978-0-87249-376-6.
  6. Eddy, Matthew Daniel. 'Natural History, Natural Philosophy and Readership', in Stephen Brown and Warren McDougall (eds.), The Edinburgh History of the Book in Scotland, Vol. II: Enlightenment and Expansion, 1707–1800. Edinburgh: University of Edinburgh. 2012. 297–309.
  7. "Research Institutes". gla.ac.uk (ingilis). University of Glasgow. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.
  8. "UNIVERSITY STRUCTURE". gla.ac.uk (ingilis). University of Glasgow. İstifadə tarixi: 21 fevral 2021.[ölü keçid]
  9. "Our Campuses". gla.ac.uk (ingilis). University of Glasgow. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.
  10. "Reports and Financial Statements for the year to 31 July 2021" (PDF). University of Glasgow. 2 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 February 2022.
  11. Ser Anton Maskatelli. "Breaking the shackles of underperformance". thetimes.co.uk (ingilis). The Times. 22 aprel 2022. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
  12. "The University of Glasgow is the current Times Higher Education (THE) University of the Year". gla.ac.uk (ingilis). University of Glasgow.
  13. "Times Higher Education Awards: University of Glasgow named University of the Year". heraldscotland.com (ingilis). The Herald. 26 noyabr 2020. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  14. "UofG RANKED 19TH IN THE TIMES HIGHER EDUCATION WORLD IMPACT RANKINGS". gla.ac.uk (ingilis). University of Glasgow. 27 aprel 2022. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
  15. "UNIVERSITY OF GLASGOW NAMED SCOTTISH UNIVERSITY OF THE YEAR". gla.ac.uk (ingilis). University of Glasgow. 17 sentyabr 2021. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2021.
  16. "University of Glasgow". www.universityrankings.ch (ingilis). University Rankings. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  17. "University of Glasgow Rankings". Top Univesities. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
  18. "Best universities in the UK 2021". The World University Rankings. 2 September 2020. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2021.
  19. "UNIVERSITY OF GLASGOW IMPROVES AGAIN IN THE WORLD UNIVERSITY RANKINGS". gla.ac.uk (ingilis). University of Glasgow. 2 sentyabr 2021. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2021. We also rank 10th in the UK in this year’s results.
  20. "What is The Russell Group? List of Russell Group Universities" (ingilis). 3 yanvar 2019. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  21. "Member List". www.universitas21.com. 2019-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2021.
  22. "Research Excellence". gla.ac.uk (ingilis). University of Glasgow. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.
  23. "REF2014" (PDF). ref.ac.uk (ingilis). Research Excellence Framework. 2021-04-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 fevral 2021.
  24. "RESEARCH EXCELLENCE FRAMEWORK 2014: INSTITUTIONS RANKED BY SUBJECT" (PDF). timeshighereducation.com (ingilis). Times Higher Education. 2020-10-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 fevral 2021.
  25. "University League Tables 2022". thecompleteuniversityguide.co.uk (ingilis). Complete University Guide. 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2021.
  26. "The University of Glasgow Story James Wilson". 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.
  27. "Adam Smith: Father of Capitalism". www.bbc.co.uk. BBC. 2017-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  28. "Sir James George Frazer". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
  29. "James Watt". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.
  30. "William Elphinstone". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2021.
  31. Wood, Paul. "Anderson, John (1726-1796), natural philosopher" (ingilis). 2004. doi:10.1093/ref:odnb/481. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  32. "James McGill". universitystory.gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2021.
  33. "JOSEPH BLACK, M.D." gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2021.
  34. "James McCune Smith". gla.ac.uk (ingilis). 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2021.
  35. "Andrew Watson". gla.ac.uk (ingilis). University of Glasgow. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  36. "Notable People". worldchanging.glasgow.ac.uk (ingilis). University of Glasgow. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search