Qalaktika

NGC 4414 Veronikanın Saçları bürcündəki tipik spiral qalaktikadır. Onun diametrinin uzunluğu 55.000 işıq ilidir və Yerdən 60 milyon işıq ili uzaqlıqdadır.

Qalaktika və ya Kəhkəşan — vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, tozqaranlıq materiya sisteminə verilən addır.[1][2] Qalaktika sözü yunanca "galaxias" (γαλαξίας) sözündən gəlir və mənası "südlü" deməkdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon (108) ulduz daxil olan cırtdan qalaktikalardan başlayıb, tərkibinə 100 trilyon (1014) ulduz[3] daxil olan nəhəng qalaktikalara qədər dəyişir. Hər bir ulduz tərkibinə daxil olduğu qalaktikanın kütlə mərkəzi ətrafında dövr edir.

Qalaktikalar vizual morfologiyasına görə elliptik,[4] spiral və ya qeyri-müntəzəm[5] olaraq təsnif edilir. Bir çox qalaktikanın mərkəzində ifrat kütləli qara dəliklərin olduğu düşünülür. Süd yolu qalaktikasının mərkəzindəki Sagittarius A* olaraq bilinən qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çoxdur.[6] 2016-cı ilin mart ayına olan məlumata görə, GN-z11 Yerdən 32 milyard işıq ili məsafədə olan ən qədim və ən uzaqdan müşahidə olunan qalaktikadır. Bu qalaktika böyük partlayışdan 400 milyon il sonra yaranmış kimi müşahidə edilmişdi.

2016-cı ildə yayımlanan bir araşdırmaya görə, müşahidə edilən kaintada qalaktikaların sayı əvvəlki təxmin edilən miqdarda (200 milyard — 2×1011)[7] deyil, təxmini olaraq 2 trilyon (2×1012) və ya daha çoxdur.[8][9] Ümumilikdə, müşahidə edilən kainatda 1×1024-ə qədər ulduz olduğu təxmin edilir[10][11] (bu miqdar Yer planetindəki bütün qum dənələrindən daha çoxdur).[12] Qalaktikaların əksəriyyətinin diametri 1000 parsekdən 100.000 parsekə qədərdir (təxminən 3000 ilə 300.000 işıq ili) və bir-birilərindən milyonlarla parsek (və ya meqa parasek) məsafə qədər uzaqdırlar. Müqayisə üçün, Süd Yolunun diametri azı 30.000 parsek (100.000 işıq ili) təşkil edir və ona ən yaxın qonşu qalaktika olan Andromeda qalaktikasından 780.000 parsek (2,5 milyon işıq ili) uzaqlıqdadır.

Qalaktikalar arasındakı boşluq orta sıxlığı hər kubmetrə bir atom düşən miqdardan az olan seyrək qazla (interqalaktik mühit) doludur. Qalaktikaların əksəriyyəti cazibə qüvvəsi ilə qrup, topa və super topa şəklində bir yerdə yığılmış olurlar. Süd yoluAndromeda qalaktikası Lokal Qrupun tərkibinə daxildir. Lokal Qrup isə Virqo super topasının tərkib hissəsidir. Böyük miqyasda bu birliklər ümumən böyük boşluqlarla əhatə olunmuş təbəqə və filamentlərin tərkibinə daxildir.[13] Həm Lokal qrup və həm də Virqo super topası Laniakea adlı daha böyük kosmik struktura daxildir.[14]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; sparkegallagher2000 adlı istinad üçün mətn göstərilməyib
  2. Sitat səhvi: Yanlış <ref> teqi; nasa060812 adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; science250_4980_539 adlı istinad üçün mətn göstərilməyib
  4. Sitat səhvi: Yanlış <ref> teqi; uf030616 adlı istinad üçün mətn göstərilməyib
  5. Sitat səhvi: Yanlış <ref> teqi; IRatlas adlı istinad üçün mətn göstərilməyib
  6. Sitat səhvi: Yanlış <ref> teqi; smbh adlı istinad üçün mətn göstərilməyib
  7. Sitat səhvi: Yanlış <ref> teqi; apj624_2 adlı istinad üçün mətn göstərilməyib
  8. Sitat səhvi: Yanlış <ref> teqi; Conselice adlı istinad üçün mətn göstərilməyib
  9. Fountain, Henry. "Two Trillion Galaxies, at the Very Least". The New York Times. 17 October 2016. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  10. Staff. "How Many Stars Are There In The Universe?". European Space Agency. 2019. 23 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2019.
  11. Marov, Mikhail Ya. The Structure of the Universe // The Fundamentals of Modern Astrophysics. 2015. 279–294. doi:10.1007/978-1-4614-8730-2_10. ISBN 978-1-4614-8729-6.
  12. Mackie, Glen. "To see the Universe in a Grain of Taranaki Sand". Centre for Astrophysics and Supercomputing. 1 February 2002. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
  13. Sitat səhvi: Yanlış <ref> teqi; camb_lss adlı istinad üçün mətn göstərilməyib
  14. Gibney, Elizabeth. "Earth's new address: 'Solar System, Milky Way, Laniakea'". Nature. 2014. doi:10.1038/nature.2014.15819.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search