POP3

POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3-cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur. Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir. POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür. Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search