Enola Gay

Enola Gay
Hiroşimaya bomba atmazdan qabaq çəkilmiş şəkli
Hiroşimaya bomba atmazdan qabaq çəkilmiş şəkli
Tipi bombardman
İstehsalçı Boeing
İstismara verilmə tarixi 18 may 1945
İstimarının bitmə tarixi 24 iyul 1946
İstismarçılar ABŞ Hərbi Hava Qüvvələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Enola Gayİkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Boeing B-29 Superfortress tipli bombardman təyyarəsi. Təyyarə adını hələ uçuş xəttində ikən seçən pilot Paul Tibbetin anası Enola Qay Tibbetsdən almışdır. İkinci dünya müharibəsinin son mərhələlərində 6 avqust 1945-ci ildə dünyada atom bombası atan ilk təyyarə olmuşdur. "Little Boy" ("Kiçik Oğlan") adlı atom bombasının hədəfi kimi Yaponiyanın Hiroşima şəhəri seçilmiş və şəhərdə görünməmiş dağınıtıya səbəb olmuşdur. "Enola Gay" Kokuranı hədəf almaq istəyən ikinci atom hücumunda kəşfiyyat təyyarəsi kimi iştirak etmişdir. Lakin buludlar və tüstüyə görə hədəf dəyişdirilərək Naqasaki şəhəri seçilmişdir.

İkinci dünya müharibəsindən sonra təyyarə ABŞ-yə qayıdıb Nyu-Meksiko ştatındakı Kəşfiyyatçı Hava Qüvvələri Bazasında istifadə olunmağa başlamışdır. "Crossroads əməliyyatı" zamanı nüvə silahının testi üçün Sakit okeana uçsa da, sonda Bikini atoluna atom bombası atacaq təyyarə kimi seçilməmişdir. Həmin il "Enola Gay" Smitsonian İnstitutunun bazasında illərlə qalmış, 1961-ci ildə sökülüb institutun Merilend ştatının Suitlend şəhərindəki anbarına aparılana qədər havaya və suvenir ovçularına qarşı müdafiəsiz qalmışdır.

1980-ci illərdə bəzi veteranlar[1] Smitsonian İnstitutundan təyyarənin sərgilənməsi tələb etmişlər. Mübahisələrdən sonra atom bombasının atılmasının 50 illiyi münasibətilə 1995-ci ildə təyyarənin pilot kabini və burun hissəsi Vaşinqtonda yerləşən Milli Aviasiya və Kosmonavtika muzeyində sərgilənmişdir. Bütünlüklə təmir olunmuş "Enola Gay" 2003-cü ildən Stiven F. Udmar-Heyzi muzeyində sərgilənir. Heyətinin həyatda sağ qalan sonuncu üzvü Teodor Van Kirk 28 iyul 2014-cü ildə 93 yaşında vəfat etmişdir.

  1. Doyle, Debbie Ann. "Historians protest new Enola Gay exhibit." Arxivləşdirilib 2017-09-27 at the Wayback Machine Perspectives on History, December 2003. Retrieved: may 8, 2015.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search