Biologiya

Biologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir
Ümumi biologiya → Canlı sistemlərin ümumi xüsusiyyətlərini
GenetikaGenomikaSitologiyaHistologiyaMorfologiya (biologiya)FiziologiyaMolekulyar biologiyaTəkamül biologiyasıAnatomiyaPatologiyaBioloji inkişafBiofizikaBiokimyaEkologiya
Xüsusi biologiya → Orqanizmin fərdi xüsusiyyətlərini
Tətbiqi biologiya → Orqanizmlərin praktik əhəmiyyətini
Mikrobiologiya → Mikroorqanizmlər: bakteriyalar, arxabakteriyalar. mikroskopik göbələklər, ibtidailər və viruslar haqqında elm

Biologiya[a] (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm.[2] Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir.[3] Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasınınnəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir.[4][5]

Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.[6][7][8]

  1. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
  2. Hillis, David M.; Heller, H. Craig; Hacker, Sally D.; Laskowski, Marta J.; Sadava, David E. Studying life // Life: The Science of Biology (12th). W. H. Freeman. 2020. ISBN 978-1319017644.
  3. "biology". Online Etymology Dictionary. 2013–03-07 tarixində orijinalından arxivləşdirilib.
  4. Davies, PC; Rieper, E; Tuszynski, JA. "Self-organization and entropy reduction in a living cell". Bio Systems. 111 (1). January 2013: 1–10. doi:10.1016/j.biosystems.2012.10.005. PMC 3712629. PMID 23159919.
  5. Modell, Harold; Cliff, William; Michael, Joel; McFarland, Jenny; Wenderoth, Mary Pat; Wright, Ann. "A physiologist's view of homeostasis". Advances in Physiology Education. 39 (4). December 2015: 259–66. doi:10.1152/advan.00107.2015. ISSN 1043-4046. PMC 4669363. PMID 26628646.
  6. Craig, Nancy. Molecular Biology, Principles of Genome Function. 2014. ISBN 978-0-19-965857-2.
  7. Mosconi, Francesco; Julou, Thomas; Desprat, Nicolas; Sinha, Deepak Kumar; Allemand, Jean-François; Vincent Croquette; Bensimon, David. "Some nonlinear challenges in biology". Nonlinearity (ingilis). 21 (8). 2008: T131. Bibcode:2008Nonli..21..131M. doi:10.1088/0951-7715/21/8/T03. ISSN 0951-7715.
  8. Howell, Elizabeth. "How Did Life Become Complex, And Could It Happen Beyond Earth?". Astrobiology Magazine. 8 December 2014. 15 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2018.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search