Bavariya

Bavariya
Freistaat Bayern

49°04′43″ şm. e. 11°23′08″ ş. u.


Ölkə
İnzibati mərkəz Münxen
İcra başçısı Markus Zöder
Tarixi və coğrafiyası
Yaradılıb 12 yanvar 1919
Sahəsi
  • 70.551 km²
Hündürlük
503 m[2]
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 13.124.737 nəf. (31 dekabr 2019)
Rəqəmsal identifikatorlar
ISO kodu DE-BY
Rəsmi sayt
Bavariya xəritədə
Bavariya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bavariya (alm. Bayern; Freistaat Bayern‎ - Müstəqil Bavariya Dövləti) - Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə - əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı FrankoniyaŞvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir[3].

"Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər.

Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları - Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır. Dağlar piyada səyahət edənlər üçün cənnətdir; Alp yamaclarındakı göllər və Meyn-Dunay Kanalı tikintisinin axını üzərində Frankoniyada yaradılmış yeni süni göllər istirahətə gələnləri su oyunlarında iştirak etməyə dəvət edir.

Əyalət geniş parklarla kifayət qədər zənginləşib. Bunlara Aşaffenburqdakı Şönbuş Parkını, Ansbakdakı Hofqarten və Münhendəki İngilis Bağını, o cümlədən gözəl sarayları, hər şeydən əvvəl "sehirli-nağıl kralı" olan II Lüdviqin nəhəng saraylarını: Lindeohof, Noyşvanştayn qəsri və Herrençimsi saraylarını aid etmək olar. Vürzburq və Bamberqdəki kral iqamətgahları, özünün zəngin mis həkkarlıq kolleksiyası olan Vestekoburq kimi, nəhəng gözəlliyə malikdir.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. GeoNames (ing.). 2005.
  3. ["Bayerische Geschichte und Persönlichkeiten (alm.)". 2012-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-27. Bayerische Geschichte und Persönlichkeiten (alm.)]

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search