Aqrofizika

Aqrofizika kənd təsərrüfatı bitkilərinin istehsalına və emalına təsir edən amilləri öyrənən elmdir.

Aqrofizika və ya aqronomik fizikabitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri.

Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir.[1]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search