X.25

X.25 şəbəkəsinin struktur sxemi

X.25 şəbəkələri — bu gün korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir.

Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir.

X.25 – Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) paket kommutasiyalı şəbəkələrə erişməyin kommunikasiya protokolları üçün standartları müəyyənləşdirən tövsiyələri. Bu kommunikasiya protokolu verilənlərin paketlər şəklində elə təşkilini nəzərdə tutur ki, hər bir paketdə verilənləri göndərən və alanın idendifikatoru olur. Başqa sözlə, hər bir paketdə göndərən-kompüter və alan-kompüter haqqında informasiya olur.'


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search