Starlink

Starlink, Amerikanın SpaceX peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidi. SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə təqdim edildi. Bəyanatlarda, bütün yenidən qurulan rabitə trafikinin 50% -ni daşımaq üçün kifayət qədər bant genişliyini dəstəkləyə biləcəyi və sıx şəhərlərdə yerli internet trafikinin 10% -ə qədərini təmin edə biləcəyi ifadə edildi.internet şəbəkəsinin normal çalışması üçün minimum 780 peyk lazımdır. Elon Musk 1-ci mərhələdə Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peyki yelrəşdirməyi planlaşdırır.Kosmosda qurulmağa başlayan bu internet şəbəkəsinin sürətli və sabit işləməsi üçün birinci mərhələdə 12000 peyk, ikinci mərhələdə 30000 peyk göndəriləcəkdir. Elon Musk’ın son hədəfi cəmi 42000 peykdir.Starlink peyklərinin hər biri 260 kq ağırlığında və bir masa ölçüsündədir. Üzərində 4 güclü antena var. Bunların sayəsində bir-biri ilə və dünya ilə əlaqə qura bilərlər. Enerjisini akkordeon şəklində açan günəş panellərindən əldə edir. Bu peyklər ion mühərriklərinin sürətlənməsi ilə hərəkət və manevr edə biləcək.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search