Simpsonlar

Simpsonlar
ing. The Simpsons
Janr sitkom, satira, Qara yumor
Rolları səsləndirənlər Den Kastellaneta
Culiya Kavner
Nensi Kartrayt
Yardli Smit
Henk Azaria
Harri Şirer
Studiya 20th Century Fox, 20th Television[d]
Ölkə
Dil ingilis dili[2]
Mövsümlərin sayı 34
Seriyaların sayı 768[1]
Seriyanın müddəti 22 dəq.
Telekanal Fox Broadcasting Company
IMDb ID0096697
Rəsmi saytı

Simpsonlar (ing. The Simpsons) — Mett Qreyninq tərəfindən Fox televiziyası üçün yaratdığı ABŞ cizgi serialı. Homer, Marc, Bart, LizaMeggi üzvlərindən ibarət Simpsonlar ailəsinin həyatından bəhs olunur. Serial uydurma qəsəbə olan Sprinqfilddə cərəyan edir, amerikan mədəniyyətini, cəmiyyətini və televiziyasını parodiya edir.[3]

Simpsonlar ailəsi Qrouninq tərəfindən James L. Brooks ilə əvvəlcə bir dəqiqəlik qısa animasiya olaraq hazırlandı. Qrouninq yaratdığı ailədəki obrazlara öz ailə fərdlərinin adlarını verib. Öz adının yerinə Bart adını istifadə edib. Qısa animasiyalar ilk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-da göstərilməyə başlamışdır[4]. Üç sezon keçirdikdən sonra cizgi filmi yarım saata qədər uzadıldı[5].

Sentyabrın 26-sı, 2010-cu ildə Simpsonların 22-ci mövsümünün işıq üzü görəcəyi planlaşdırılır. Bu satirik cizgi filmi özündə orta statistik amerikalının həyat tərzini əks etdirir, siyasət və din kimi bir çox aktual mövzulara toxunur. Bu cizgi filmində eynicinsdən olanların nigahı, darvinist və kreasionistlərin mübarizəsi, İraq müharibəsi kimi ciddi mövzular da kölgədə qalmamışdır.

Təsadüfi deyildir ki, "Time" jurnalı 1998-ci ildə "Simsonlar" cizgi filmini 20-ci əsrin ən yaxşı cizgi filmi kimi elan etmişdir. Lakin bəzi tənqidçilərin fikrincə, Simpsonlar son illər öz əvvəlki sosial əhəmiyyətini və yumor tərzini itirmək üzrədirlər. Buna baxmayaraq, 27 iyul 2007-ci il tarixində ABŞ-də ekranlara Simsonların tammetrajlı filmi çıxdı[6][7].

  1. https://www.betaseries.com/serie/simpsons.
  2. 1 2 3 fernsehserien.de (alm.).
  3. "Die Simpsons in Afrika". 2009-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.
  4. ""The Tracey Ullman Show" Episode #1.3 (1987)". 2013-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
  5. "April 19, 1987: The Simpsons First Aired". January 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2011.
  6. "Simpsons Movie". 2012-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.
  7. "www.springfield.ru". 2012-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-15.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search