OpenAI

OpenAI
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi 501(c)(3) təşkilatı[d][1]
Sənaye süni intellekt
Təsis tarixi 8 dekabr 2015[2][3]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 19.976.363 $ (31 dekabr 2021)
Struktur
İşçi sayı
  • 375 nəf. (23 yanvar 2023)[4]
Rəhbərlik
Təsisçilər
Baş icraçı direktor Sem Altman
İdarə heyəti Sem Altman[6]
openai.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc"[7] və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intellekt (Sİ) tədqiqat təşkilatı.[8] "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı" süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir.[9] "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçə geniş dil modelləri, eləcə də "DALL-E 3"[10] kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır.[11]

Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətində Sem Altmanİlon Mask çıxış etmişdilər.[12][13][14] "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur.[15][16]

17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoru Bret Teylor sədr kimi daxil idi.[17]

  1. https://apps.irs.gov/pub/epostcard/dl/FinalLetter_81-0861541_OPENAIINC_09012016_03.tif.
  2. OpenCorporates (ing.). 2010.
  3. https://www.crunchbase.com/organization/openai.
  4. https://thestack.technology/microsoft-invests-in-openai/.
  5. 1 2 3 https://www.geekwire.com/2019/microsoft-invests-1-billion-openai-vows-build-ai-technology-platform-unprecedented-scale/.
  6. US tax Form 990.
  7. "OPENAI, INC". OpenCorporates. 2015-12-08. August 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
  8. "Our Structure.". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-23.
  9. "OpenAI Charter". openai.com (ingilis). April 9, 2018. July 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11.
  10. "Models - OpenAI API". OpenAI. November 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2023.
  11. gpt-2, OpenAI, 2023-11-19, March 11, 2023 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-11-19
  12. Vanity Fair.
  13. "Introducing OpenAI". OpenAI (ingilis). December 12, 2015. August 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2023.
  14. "OpenAI, the company behind ChatGPT: What all it does, how it started and more". The Times of India (ingilis). January 25, 2023. February 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2023.
  15. Browne, Ryan. "Microsoft reportedly plans to invest $10 billion in creator of buzzy A.I. tool ChatGPT". CNBC (ingilis). January 10, 2023. February 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 27, 2023.
  16. Lardinois, Frederic. "Microsoft's new Bing was using GPT-4 all along". TechCrunch (ingilis). March 14, 2023. March 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2023.
  17. "OpenAI brings Sam Altman back as CEO less than a week after he was fired by board". CNBC (ingilis). 22 November 2023. 28 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2023.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search