LTE

LTE-nin loqosu.
Huawei 4G+ modemi.

Long-term evolution (LTE, azərb. uzunmüddətli təkamül‎) — telekommunikasiyada GSM/EDGEUMTS/HSPA standartlarına əsaslanan mobil cihazlar və məlumat terminalları üçün simsiz genişzolaqlı rabitə standartı. Fərqli radio interfeysi və əsas şəbəkə təkmilləşdirmələrindən istifadə etməklə bu standartların tutum və sürətini yaxşılaşdırır.[1][2] LTE həm GSM/UMTS şəbəkələri, həm də CDMA2000 şəbəkələri olan operatorlar üçün təkmilləşdirmə yoludur. LTE tezlikləri və diapazonları ölkədən ölkəyə fərqli olduğuna görə onun dəstəkləndiyi bütün ölkələrdə yalnız çoxzolaqlı telefonlar LTE-dən istifadə edə bilər.

  1. "An Introduction to LTE". 3GPP LTE Encyclopedia. April 1, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 3, 2010.
  2. "Long Term Evolution (LTE): A Technical Overview" (PDF). Motorola. June 13, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: July 3, 2010.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search