Ferromaqnetizm

Dəmirin xəlitəsi olan alnikodan hazırlanmış maqnit. Ferromaqnetizm materialların necə maqnitlənməsini izah edən nəzəriyyədir.

Ferromaqnetizmsabit maqnitlər formasında dəyişməz materiallar olan (dəmir kimi) və ya maqnitləri cəzb edən əsas mexanizmdir. Fizikada maqnetizm müxtəlif qruplara ayrılır. Ferromaqnetizm (ferrimaqnetizm də bura daxildir)[1] ən güclü qrupdur: ferromaqnetizmlər hiss edilə bilən kifayət qədər güclü qüvvələr yaradır və gündəlik həyatda rast gəlinən ümumi maqnetizm hadisələri bununla əlaqədardır. Cismlər maqnetizmin digər üç tipi olan paramaqnetizm, diamaqnetizm və antiferromaqnetizmin yaratdığı maqnit sahələrinə də zəif reaksiya verirlər, ancaq bu qüvvələr o qədər zəif ola bilər ki, onlar yalnız laboratoriyada həssas cihazlarla aşkar oluna bilər. Ferromaqnetizmə nümunə kimi soyuducunun qapısını saxlamaq üçün istifadə olunan maqniti göstərmək olar. Maqnit və ferromaqnit materiallar arasında cəzb olunma “bu gün bizim üçün və qədim dünya üçün ilk növbədə asanlıqla görünən maqnetizm xassəsi olub”.[2]

Sabit maqnitlər (xarici maqnit sahəsi və xarici maqnit sahəsi aradan qaldırıldıqdan sonra maqnitləşdirilmiş halda qalan sahə ilə maqnitlənə bilən materiallar) onları nəzərəçarpacaq dərəcədə cəlb edən digər materiallar kimi ferromaqnit və ferrimaqnitlərdir. Yalnız bir neçə maddə var ki, onlar ferromaqnitdirlər. Bunlara dəmir, nikel , kobalt və onların xəlitələrinin çoxu, torpaqda tapılan bəzi nadir metalların birləşmələri və az miqdarda təbii halda yaranan maqnitlər daxildir (ing. lodestone).

Ferromaqnetizm müasir texnologiya və sənayedə çox mühüm rol oynayır. Belə ki, ferromaqnitlər sərt disklərmaqnitofonlar kimi maqnit materialları və transformatorlar, generatorlar , elektrik mühərrikləri, elektromaqnitlər kimi bir çox elektrik və elektromexaniki cihazların əsasını təşkil edirlər.[3]

  1. Chikazumi, Sōshin (2009). Physics of ferromagnetism. English edition prepared with the assistance of C.D. Graham, Jr (2nd ed.). Oxford: Oxford University Press. s. 118 ISBN 9780199564811
  2. Bozorth, Richard M. Ferromagnetism, first published 1951, reprinted 1993 by IEEE Press, New York as a "Classic Reissue." ISBN 0-7803-1032-2
  3. "Ferromagnetism" (ingilis). boundless.com. 2015-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr, 2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search